• cümə, 29 Mart, 10:14
  • Baku Bakı 5°C

Uxan giriş-çıxış qadağası aradan qaldırılıb

08.04.20 10:00 630
Uxan giriş-çıxış qadağası aradan qaldırılıb
Çində yeni növ koronavirus (COVID-19) infeksiyasının aşkarlandığı Hubey vilayətinin inzibati mərkəzi Uxan şəhərində təxminən 2 ay yarımdır tətbiq olunan giriş-çıxış qadağası aradan qaldırılıb.
AZƏRTACxəbər verir ki, yerli vaxtla aprelin 8-də gecə saat 00:00-da (Bakı vaxtı ilə 7 aprel, saat 20:00) nəqliyyatın şəhərlərarası hərəkəti bərpa olunub. Bundan başqa, aprelin 8-dən etibarən şəhərdə tramvay və taksilərin, gəmilərin hərəkəti və "Tianhe” beynəlxalq hava limanından ölkədaxili sərnişin daşınması bərpa olunur.
Hubey vilayətinin rəhbərliyi giriş-çıxış qadağasının aradan qaldırılmasına baxmayaraq Uxan da daxil olmaqla vilayətdə ən yuxarı səviyyədə fövqəladə hazırlıq vəziyyətinin davam edəcəyini açıqlayıb. Bu, bir tərəfdən pandemiya ilə mübarizənin tam başa çatmaması ilə bağlıdır, digər tərəfdən isə virusun "ikinci dalğası”nın qarşısını almaq məqsədi daşıyır. Yerli hökumət əhaliyə ehtiyac olmadığı təqdirdə yaşadıqları məhəllələri tərk etməməyi tövsiyə edib. Məktəblər, ali təhsil ocaqları və uşaq bağçalarında tətil hələ davam edəcək.
Qeyd edək ki, koronavirusun sürətlə yayıldığı vaxtlarda yanvarın 23-də Uxanda və Hubey vilayətinin bir neçə şəhərində elan olunan xüsusi karantin rejimi ilə əlaqədar bu şəhərlərə bütün növ giriş-çıxış bağlanmış, o cümlədən şəhərlərarsı qatarların hərəkəti və hava limanlarından sərnişin təyyarələrinin uçuşları dayandırılmışdı. Son günlər Çində, eləcə də Hubey vilayətində virusa yoluxma hallarının əhəmiyyətli dərəcədə azalması epidemioloji vəziyyətin yaxşılaşmasına səbəb olub. Martın 25-dən Uxanda və digər yaşayış məntəqələrində şəhərdaxili nəqliyyatın, martın 28-də isə metronun və şəhərlərarası qatarların hərəkəti bərpa olunub.
banner

Oxşar Xəbərlər