AZE | RUS | ENG |

Uğurlu təcrübə nümunəsi

Uğurlu təcrübə nümunəsi
Özünüməşğulluq proqramı Avropada ən “Yaxşı Təcrübə” mükafatına layiq görülüb

Azərbaycanda işsizlik və yoxsulluğa qarşı təsirli fəaliyyət mexanizmləri, uğurlu sosial proqramlar, xüsusilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Dünyanın mötəbər təşkilatlarından biri olan Beynəlxalq Sosial Təminat Assosiasiyasının özünüməşğulluq proqramını ən "Yaxşı Təcrübə” xüsusi mükafatına layiq görməsi bunu bir daha sübut edir.  
20 ölkədən 76 sosial layihənin iştirak etdiyi müsabiqədə münsiflər heyətinin yekdil rəyinə əsasən, özünüməşğulluq proqramı Avropa regionunda ən uğurlu təcrübələrdən biridir. Ölkəmizin bu təcrübəsindən  Beynəlxalq Sosial Təminat Assosiasiyasının Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumunda xüsusi bəhs olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2018-ci ildə 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər olub. Onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramda iştirak edib. Həmin şəxslərin əksəriyyəti əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alan və ya şəhid ailələrinin, tərkibində sağlamlıq imkanları məhdud uşaqlar olan, yaxud çoxuşaqlı ailələrin üzvləri, müharibə veteranları və b. olub.  Proqram çərçivəsində mal və material formasında verilmiş aktivlər hesabına onlar kiçik ailə təsərrüfatlarını qurublar. Bu proqrama dəstək kimi, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi tərəfindən də "Sosial bağlar” layhəsi əsasında 41 rayonda 125 aztəminatlı ailə üçün bağ, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb.
Prezident cənab İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin-  DOST Agentliyinin və ilk "DOST” mərkəzinin inzibati binasının açılışı zamanı çıxışında özünüməşğulluq proqramının sosial sahədə önəmli təşəbbüs olduğunu, Dünya Bankının da  bu işlərə cəlb edildiyini deyib. "Dünya Bankı da öz maliyyə resurslarından istifadə edərək bu sahəyə vəsait ayıracaq və beləliklə, bu il təqribən 10 minə yaxın vətəndaş özünüməşğulluq proqramı ilə əhatə olunacaq. Gələcəkdə bu işin miqyası artmalıdır”, deyən dövlət başçısı bildirib ki, bu, həm məşğulluğun artırılmasına xidmət edəcək, eyni zamanda, ölkə iqtisadiyyatına böyük töhfə olacaq: "Özünüməşğulluq proqramının qeyri-neft sektorunun, kənd təsərrüfatının, xidmət sektorunun inkişafı üçün çox böyük əhəmiyyəti var”.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933