• cümə, 29 Mart, 04:10
  • Baku Bakı 7°C

Uğurlarımız beynəlxalq iqtisadi qurumlar tərəfindən yüksək qiymətləndirilib

27.12.18 14:37 445
Uğurlarımız beynəlxalq iqtisadi qurumlar tərəfindən yüksək qiymətləndirilib
2018-ci ildə Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar mötəbər beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilib.
Trend-in məlumatına görə, bu barədə 2018-ci ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat buraxılışında deyilir.
Qeyd olunur ki, 2018-ci ildə dövlətimizin dayanaqlı inkişafını təmin etmək məqsədilə beynəlxalq, regional və ikitərəfli formatda məqsədyönlü xarici siyasət fəaliyyəti davam etdirilib. Ölkə iqtisadiyyatının potensialının xaricdə təbliğ olunması, ixracının təşviqi və genişləndirilməsi, ölkəmizdə istehsal olunan məhsul və xidmətlərin rəqabət qabiliyyətinin artırılması, həmçinin xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi aparılan xarici iqtisadi əməkdaşlığın əsas istiqamətlərini təşkil edib.
Bildirilir ki, həyata keçirilmiş kompleks tədbirlər nəticəsində əldə edilən iqtisadi uğurlarımız mötəbər beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, dünyanın ən nüfuzlu iqtisadi forumu olan Davos İqtisadi Forumunun qiymətləndirməsinə əsasən ölkəmiz rəqabət qabiliyyətliliyə görə dünya miqyasında 35-ci yerdə qərarlaşıb.
İkitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə Misir, İordaniya, İran, Avstriya, Mərakeş, İsrail, Vyetnam, Hindistan, Qazaxıstan, Bolqarıstan, Belarus, Serbiya, Rumıniya, Rusiya və Sankt-Peterburq hökuməti daxil olmaqla 15 Hökumətlərarası komissiyanın iclasları, həmçinin Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü, eyni zamanda Çin, İran, Avstriya, Pakistan, İsveçrə, İtaliya, Estoniya, Çexiya, Serbiya ilə biznes-forumlar keçirilib. Çin, Polşa, Ukrayna və Latviyada Azərbaycanın Ticarət Evləri fəaliyyətə başlayıb.
17-21 sentyabr 2018-ci il tarixlərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 62-ci sessiyasında ölkəmiz AEBA-nın Müdirlər Şurasının 2018-2020-ci illər üzrə üzvü seçilib.
2018-ci ilin 26 oktyabr - 17 noyabr tarixlərində keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) konfransında Azərbaycan 2019-2022-ci illər müddətinə BTİ Şurasına yenidən üzv seçilmiş, həmçinin ölkəmizin təmsilçisi həmin müddət üzrə təşkilatın Radio Tənzimləmə Komitəsinə üzv seçilib.
banner

Oxşar Xəbərlər