• cümə axşamı, 18 aprel, 08:48
  • Baku Bakı 12°C

“Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır”

03.06.19 19:59 827
“Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır”
O gün dünya onların idi. O gün hər bir arzuları əllərini uzadıb çata biləcəkləri qədər yaxın, ürəkləri bol sevinclə dolu idi. Onlar öz bayramlarını – 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününü inanılmaz sevinc hissi ilə qeyd edirdilər.
Heydər Əliyev Mərkəzinin qarşısındakı böyük və yaşıl parkda uşaqların bayramına toplaşanlar bu sevinci daha yaxından duyurdular.
İlk dəfə olaraq təqdim edilən şou parkda dincələnlərin - uşaqdan böyüyə hər kəsin diqqətini çəkdi. Uşaqlara ünvanlanan növbəti uşaq festivalı balacaların böyük sevincinə səbəb oldu.
Heydər Əliyev Fondunun təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir onlara unudulmaz anlar bəxş etdi.
Tədbirin yaddaqalanlığı həm də daha böyük arealı əhatə etməsində idi. Belə ki, festivalda Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdləri də iştirak edirdilər. Festival çərçivəsində Mərkəzin parkında uşaqların maraqlarını əhatə etməyə, dünyagörüşlərini genişləndirməyə xidmət edən müxtəlif zonalarda ayrı-ayrı yaş qrupları üzrə əyləncəli və maarifləndirici proqramlar təqdim edilib. Uşaqlar Heydər Əliyev Mərkəzinin parkında quraşdırılan müxtəlif attraksionlarda, buz meydançasında əylənib, şahmat oyununda, eləcə də bir sıra idman növlərində özlərini sınayıblar.
Balacaların sevincinə xalq artisti Aygün Kazımovanın "Aygün şou” adlı proqramı, ifa etdiyi sevilən mahnılar sevinc qatıb. Məşhur müğənni səhnəni balacalarla bölüşüb. Uşaqlara ünvanlanan şouda Aygün Kazımova 60-dan çox nağıl və film qəhrəmanının iştirakı, peşəkar rəqqasların müşayiəti ilə çıxış edib. Müğənninin illərdir sevilən mahnıları, eləcə də yeni repertuardan olan nəğmələri xüsusi hazırlanan kuklalar və rəqs nömrələrinin iştirakı ilə təqdim edilən şounu daha da rəngarəng edib.
Azyaşlılar "face art” zonalarında üzlərini arzularına uyğun boyatdırıb, rəqs, DJ, karaoke meydançalarında maraqlı anlar yaşayıb, sirk nömrələri izləyib, animatorlarla əyləniblər. Küçə incəsənəti həvəskarları asfalt üzərində rəsmlər çəkib, avtomobilsevərlər isə ralli meydançasında maşın sürüblər.
Mərkəzin parkında heyvansevərlər də müxtəlif macəralar yaşayıblar. Onlar burada safari turuna çıxa, mini zoo və mini ferma zonalarında heyvanlarla canlı təmas qura, sualtı dünyanın möcüzələri ilə tanış ola, xidməti itlərin sərgisini izləyə biliblər. Balacalar, həmçinin "Toplan” sahibsiz itlərə Qayğı Mərkəzinin viktorinasında iştirak imkanı qazanıblar. Həmçinin arxeologiya və astronomiya ilə maraqlanan uşaqlar üçün də xüsusi meydançalar fəaliyyət göstərib.
Beləliklə, uşaqlar gün ərzində Heydər Əliyev Mərkəzinin parkında öz arzu və xəyallarını gerçəkləşdirmək, dostları ilə birgə səmərəli asudə vaxt keçirmək, bayramlarını birgə qeyd etmək imkanı qazanıblar.
Rusiyanın İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı Heydər Əliyev Mərkəzində üç günlük konsert proqramına yekun vurub.

Etibarlı zəmin

1950-ciiliyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb.Bundan sonra həmin gün "Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi tarixə düşüb.Azərbaycanda isə uşaq problemləri hər zaman dövlətin diqqət mərkəzindədir.Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı.Bu qayğının möhtərəm Prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilməsi bir daha sübut edir ki, həmin istiqamət artıq dövlətin qarşıya qoyduğu zəruri vəzifələrdən birinə çevrilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə həyata keçirdiyi nəcib missiya onu bütün Azərbaycan uşaqlarının ən yaxın dostuna və böyük himayədarına çevirib.
Heydər Əliyev Fondunun uşaqlar üçün həyata keçirdiyi növbəti bayram tədbiri qurumun balacaların sağlam, firavan böyüməsi, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət və qayğı göstərilməsi istiqamətində həyata keçirdiyi işlərin məntiqi nəticəsidir.Fondun yarandığı gündən həyata keçirdiyi tədbirlər içərisində böyüməkdə olan nəslə – körpə və kimsəsiz uşaqlaragöstərilənqayğı böyük rəğbətlə qarşılanır. Uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğıdan söhbət açanda, Heydər Əliyev Fondunun və fondun prezidenti Mehriban Əliyevanın bu sahədəki yorulmaz fəaliyyətixüsusi vurğulanmalıdır. Fiziki qüsurlu uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən təkcə Azərbaycanda deyil, dünyanınmüxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir.Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyən uşaqların gələcəyi, sağlamlıq imkanları məhdud və köməksiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı Fond tərəfindən həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti var.Bu, ilk növbədə, Azərbaycanın sürətli iqtisadi inkişafı, sosial problemlərin həlli və ölkəmizin dünya birliyindəki mövqelərinin möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradır. Ölkəmizin gələcəyini sağlam ruhlu, təhsilli, savadlı uşaqlarda görən fondun prezidenti MehribanƏliyevauşaqlarla görüşündə: "Bizim ən böyük arzumuz, əlbəttə, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir.Əlbəttə, bunun üçün bizim uşaqlar bu gün gərək çox yaxşı oxusunlar.Çünki hər bir gəncin, hər bir uşağın gələcəyi onun təhsilindən, savadından, biliyindən asılıdır.Ölkəmizin gələcəyini, sabahını siz - bugünkü gənclər, bugünkü uşaqlar təmin edəcəksiniz.Ona görə bu gün sizin ən vacib borcunuz yaxşı təhsil almaqdır.Müasir dünyanın çağırışlarına cavab vermək üçün siz gərək hərtərəfli savada və biliyə malik olasınız.Siz gərək öz Vətəninizi sevəsiniz, vətənpərvərlik ruhunda tərbiyə olunasınız, eyni zamanda, bütün dünyaya açıq olasınız” - deyə bildirib.
Bu gün Fondun uşaqlarla bağlı həyata keçirdiyi tədbirlər qarşıya qoyulan məqsədin məntiqli davamıdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın uşaqlarla bağlı həyata keçirdiyi layihələr bütün dünyaya ünvanlanmış mərhəmət və humanistlik nümunəsidir.

Uşaqlara yaxşılıq nə qədər çox olsa...

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü – ölkəyə səs salan bayram tədbiri də Fondun uşaqlara göstərilən diqqət və qayğısının növbəti bir nümunəsinə çevrildi.
Bayram tədbirində iştirak edən uşaq yazıçısı Reyhan Yusifqızının fikrincə, uşaqlar onlara ünvanlanan tədbirlərin keçirilməsindən həmişə sevinc hissi yaşayırlar: "Həmin tədbirdə mən də iştirak edirdim. Böyük bayram əhval-ruhiyyəsi var idi. Uşaqlar hədsiz sevinirdilər. Bu cür tədbirlərin keçirilməsi çox vacibdir. Uşaqlara belə diqqətin göstərilməsi onların yaddaşına ömürlük yazılır. Onlar özlərini lazımlı hiss edirlər. Başa düşürlər ki, onlar cəmiyyət üçün önəmlidirlər. Hər bir uşaq gələcəyin bir vətəndaşıdır. Onlara ünvanlanan tədbirlər keçiriləndə, onlar özlərini daha yaxşı dərk edirlər. Hesab edirəm ki, Heydər Əliyev Fondunun keçirdiyi belə tədbirlərin böyük əhəmiyyəti var və bu tədbirləri daha geniş miqyasda təşkil etmək daha yaxşı olar”.
Psixoloq Nümunət Əmrahlı da hesab edir ki, Beynəlxalq Uşaq Günündə uşaqlara ünvanlanan tədbirlərin keçirilməsinin onlar üçün böyük önəmi var. Xüsusən fiziki qüsurlu uşaqlar belə tədbirlərin iştirakçısı olanda, onlarda həyat eşqi yaranır: "Eləcə də valideynlər onların uşaqlarına qiymət verildiyini görürlər. Bayram kimi keçirilməsi, onların mənəvi rahatlığına yönələn tədbirlərlə müşayiət olunması uşaqların sevincinə səbəb olur”.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününün ölkəmizdə qeyd olunması "Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” – devizini əsas tutan Heydər Əliyev Fondunun uşaqlara növbəti bayram hədiyyəsi kimi yadda qaldı.

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər