• cümə, 26 Aprel, 01:12
  • Baku Bakı 16°C

Uşaqlara sevinc bəxş edək...

01.06.16 15:51 1360
Uşaqlara sevinc bəxş edək...
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı və Binəqədi qəsəbə Bələdiyyəsinin təşkilatçılığı ilə 28 may – Respublika günü və 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə sosial aksiya keçirilib. Aksiyaya əsasən, Əlil Uşaq və Gənclərlə İş Mərkəzinin nəzdində olan 50-dək fiziki qüsurlu uşaq və yeniyetmə may ayının 29-da Quba şəhərinə ekskursiya edib. Quba şəhərinin mərkəzində səhər yeməyi yedikdən sonra onlar Qırmızı qəsəbə, Quba Tarix Diyarşunaslıq Müzeyi ilə tanış olublar. Daha sonra isə Quba Soyqırımı Memorial Kompleksində olan Mərkəz üzvləri ermənilərin əsrlər boyu Azərbaycan xalqına qarşı tutduları təcavüzkar mövqe və törətdikləri soyqırımın qalıqlarını izləyiblər. Yenidən şəhər mərkəzində nahar edərək, layihə iştirakçıları bu dəfə Nüqədi gölünə gediblər. Ecazkar Nüqədi gölünün sahillərində piknik edən iştirakçılar müxtəlif oyunlar oynayıb, yarışlar keçiriblər. Qaliblər müxtəlif hədiyyələr qazanıblar.

banner

Oxşar Xəbərlər