AZE | RUS | ENG |

Uşaqlara qarşı təcavüzün aradan qaldırılması ilə bağlı sənəd hazırlanıb

Uşaqlara qarşı təcavüzün aradan qaldırılması ilə bağlı sənəd hazırlanıb
Ombudsman Aparatı uşaqlara qarşı təcavüzün aradan qaldırılması ilə bağlı sənəd hazırlayaraq Milli Məclisə təqdim edib.
Trend-in məlumatına görə, bunu İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
E.Süleymanova əlavə edib ki, Azərbaycanda insan hüquqlarının qorunması üzrə 3 əsas strateji sənəd qəbul edilib. İndiyədək Ombudsman təsisatı tərəfindən dövlət qurumlarına 700 təklif verilib. Onların əksəriyyəti icra edilib.
Müvəkkilin sözlərinə görə, indiyədək Azərbaycanda 11 amnistiya aktı qəbul edilərək on minlərlə insana şamil olunub.

E.Süleymanova bildirib ki, ölkəmizdə insan hüquqlarının təmin edilməsi, qanunun aliliyinə hörmət daxili sabitlik üçün zəmin yaradıb. Ölkə prezidenti tərəfindən həyata keçirilən islahatlar nəticəsində əhalinin minimum əməkhaqqı, pensiyası artıb.
Ombudsman əlavə edib ki, bütün dünyada sülhün bərqərar olunması üçün əməkdaşlıq faydalıdır: "Sülh hər bir xalqın arzu və istəyidir. Bu, Azərbaycan dövlətinin da istəyidir".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9069
GEL 1 1 Gürcüstan larisi 0.5911
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1256
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1811
CHF 1 1 İsveçrə frankı 1.7284
KWD 1 1 Küveyt dinarı 5.589
TRY 1 1 Türkiyə lirəsi 0.3002