• cümə axşamı, 28 mart, 23:05
  • Baku Bakı 13°C

Uşaqlara 3 yaşa qədər qulluq edənlərin əmək stajına bu müddət daxil ediləcək

24.03.20 23:11 512
Uşaqlara 3 yaşa qədər qulluq edənlərin əmək stajına bu müddət daxil ediləcək
Azərbaycanda uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə edildiyi müddət uşağa bilavasitə qulluq edənin əmək və sığorta stajına hesablanacaq.
APA-nın məlumatına görə, bu,Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) TəşkilatlarınınMilli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.
Sazişə əsasən, tərəfləruşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə edildiyi müddətin uşağa bilavasitə qulluq edənin əmək və sığorta stajına hesablanması məqəsdilə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsibarədə öhdəlik götürüblər.
banner

Oxşar Xəbərlər