• cümə axşamı, 25 aprel, 02:55
  • Baku Bakı 19°C

Uşaqlar üçün yeni tamaşa hazırlanır: “Çirkin ördək balası”

06.02.15 07:17 1258
Uşaqlar üçün yeni tamaşa hazırlanır: “Çirkin ördək balası”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Hans Kristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında tamaşa hazırlanır.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.
Tamaşada əsas rolları əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova və başqaları ifa edəcəklər.
Uşaqlar üçün nəzərdə tutulmuş yeni tamaşanın premyerası bu ilin aprel ayında olacaq.
banner

Oxşar Xəbərlər