• cümə axşamı, 25 aprel, 15:51
  • Baku Bakı 23°C

Uşaqlar üçün ekoloji aksiya keçirilib

23.01.15 11:36 1207
Uşaqlar üçün ekoloji aksiya keçirilib
“AtaSığorta” ASC Korporativ Sosial Məsuliyyət çərçivəsində 2015-ci il üçün ilk xeyriyyə aksiyasını keçirib. Yanvarın 22-də “AtaSığorta” ASC Şağan 3 saylı fiziki və əqli qüsurlu internat evinin uşaqları üçün ekologiyanın mühafizəsi və dibçəklərdə güllərin yetişdirilməsi üzrə tanıtım tədbiri təşkil edib. Uşaqlara toxumlarla birgə dibçək hədiyyə edilib, təcrübəli bağban uşaqlara yeni əkilmiş güllərə qulluq barədə danışıb və bunu əyani göstərib. Uşaqlar otaq bitkilərini saxlamağın faydasını da öyrəniblər. Sonda güllər, təbiət, ekologiya üzrə suallarla viktorina keçirilib və qaliblərə “AtaSığorta” ASC-dən hədiyyələr təqdim edilib.
“AtaSığorta” ASC-nin İdarə Heyətinin Sədr müavini Orxan Məmmədov tədbirlə bağlı qeyd edib ki, aksiyanın məqsədi uşaqlarda təbiəti və ekologiyanı dərketmə münasibətini formalaşdırmaq və onlar üçün faydalı asudə vaxt təşkil etməkdir.
Xatırladaq ki, “AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 14,6 milyon manat nizamnamə kapitalına malik olmaqla, 26 sığorta növü - 22 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 18 filial, nümayəndəlik və ofislər daxildir.

banner

Oxşar Xəbərlər