• cümə, 29 Mart, 19:15
  • Baku Bakı 14°C

Uşaqlar bioqrafiya oxuya bilərmi?

04.04.16 11:08 1608
Uşaqlar bioqrafiya oxuya bilərmi?
Uşaqların ideal alaraq öyrəndikləri, müəyyən çağa qədər ətraf mühiti bu şəkildə mənimsədikləri həqiqətdir. Doğru nümunə ilə qarşılaşan uşağın həyat tərzi, yaşam üsulları haqqındakı təsəvvürləri də düzgün istiqamətdə irəliləyəcək. Bu məsələdə onlara oxuduğunuz nağılların qəhrəmanları kimi onlar üçün seçdiyiniz bioqrafik kitablar da mühüm rol oynayır. Uşaqlarınız üçün düzgün mənbələrin hara olduğunu bilmirsinizsə, internetdə milyonlarla kitab haqqında oxumaqdansa, vaxt itirməkdən “HuffingtonPost” redaktorlarının seçimləri ilə tanış olun.
1. Luka Novelli – “Marie Kuri və atomların sirri” - əsərdə Nobel mükafatı alan ilk qadın – Marie Kuri – həyatı, uşaqlığı, həyat yoldaşı, məqsədləri, yolları, maneələri danışır.
2. Roald Dahl – “Təkcə” – müəllif Şərqi Afrika ölkələrinə səyahəti, İkinci Dünya müharibəsi xatirələri, Britaniya kral ailəsinə mənsub hava qüvvələri ilə yaşadığı macəralardan bəhs edir.
3. Marqaret Devidson – “Görmə qüsurluların oxumağına kömək edən Lui Breyl” – görmə əngəllilər üçün xüsusi hazırlanmış “breyl əlifbası”nın yaradıcı haqqında yazılmış mükəmməl bir avtobioqrafiya.
4. Patrisia MakKornik – “Mən Malala” – Pakistan ABŞ-a uzanan, hər zaman alqışa layiq olacaq, təsirli bir hekayə. Pakistanlı balaca, çarəsiz qız olan Malala Yusafzai bu gün dünyanın ən tanınmışlarındandır.
5. Eleyn və Mişel DePrins – “Balet ayaqqabısında olmaq arzusu” – dünyaca məşhur balet ulduzu Mişel DePrinsin yetimliklə başlayan həyat hekayəsi. Anası aclıqdan ölən Mişelin bütün duyğularına onu övladlığa götürmüş Eleyn DePrinsin rəhbərliyi ilə bu əsərdə əksini tapıb.
6. Bil O Reyli – “İsanın son günləri” – İsa peyğəmbərin ölümünə gətirən siyasi və mədəni səbəblərin yer aldığı kitab faktlarla ağırlaşmış olsa da, məsləhət görülən hekayələr arasındadır.
7. Katlin Krul - “Limitsiz Uilma” - əsər məşhur idmançı Uilma Rudolfu “dünyanın ən sürətli qadını” edən yola çıxaran həyatdan bəhs edir.
8. Ji-li Jianq – “Qırmızı şərfli qız” – Ji-li Jianqın mədəni inqilabla bağlı xatirələri.
banner

Oxşar Xəbərlər