• cümə, 26 Aprel, 09:46
  • Baku Bakı 12°C

“Uşaq qatili Ermənistan”

08.07.17 10:00 1344
“Uşaq qatili Ermənistan”
Dinc əhalini öldürmək bu gün mənfur Ermənistandakı hərbi xuntanın əsas siyasi xəttidir. Xocalı soyqırımı və ondan sonra keçən müddətdə yaşananlar bunun bariz nümunəsidir. Alxanlıda yaşanan son qanlı olay isə erməni vəhşiliyinin iç üzünü bir daha nümayiş etdirmiş oldu. Dünya birliyinə daxil olan ölkələr işğalçı dövlətin azyaşlı uşaqları, dinc sakinləri hədəfə almasına ya susmaq, ya da sadəcə ümumi bəyanatlar səsləndirməklə kifayətlənsələr də, mediada bu insidentlə bağlı çoxsaylı materialların dərci davam edir.
Ötən sayımızda qardaş Türkiyənin faciəni diqqət mərkəzində saxladığına toxunmuşduq. Qardaş ölkənin dünyaca məşhur mətbu orqanlarında azyaşlı Zəhra və onun nənəsinin erməni faşistləri tərəfindən hədəfə alınmasının pislənildiyi barədə çoxsaylı məlumatların getdiyini bildirmişdik. Məsələn, Türkiyənin nüfuzlu "Yeni Şafak” qəzeti "Körpə qatili Ermənistan” başlıqlı yazıda qeyd edir ki, "Ermənistan ordusu Azərbaycanda mülki yaşayış bölgələrinə ağır artilleriya silahları ilə hücum edib. Nüfuzlu "Hürriyet” qəzeti isə "Ermənistanın vətəndaşlara hücumuna reaksiya” başlıqlı məqalədə yazır ki, hücumla əlaqədar ictimaiyyətdə reaksiyalar böyüyərkən bir reaksiya də azərbaycanlı iş adamı Mübariz Mənsimovdan gəlib. "Heç kim bu hadisəyə yalnız Azərbaycan xalqının problemi olaraq baxmamalı. İrqindən, dinindən və milliyyətindən asılı olmayaraq, bu hadisənin günahkarları cəzasız qalmamalıdır”, - deyə qəzet iş adamının sözlərinin sitat gətirib. "Haber 10” portalı isə "Ermənistan ordusu 2 yaşındakı Zəhranı şəhid etdi” məqalə dərc edib. "Milliyyet”in "Ermənistanın Azərbaycana hücumu” başlıqlı məqaləsində qeyd edilir ki, dünya ictimaiyyəti yaşananlara tamaşaçı qalmamağa çağırır, qatillərin cəzalandırılması və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edir.
Qərb mətbuatı da qanlı olaya geniş yer verib. Almaniyanın nüfuzlu telekanalı olan "Berlin TV” iyulun 6-da "Xəbərlər” proqramında ermənilərin törətdiyi cinayətlə bağlı material yayıb. Videosüjetdə mülki əhaliyə qarşı törətdilən təxribat nəticəsində 2 nəfərin həlak olması, 1 nəfərin isə ağır yaralanması, bununla bağlı Berlində yaşayan azərbaycanlıların bazar günü – iyulun 9-da Ermənistanın səfirliyi qarşısında etiraz aksiyası keçirəcəyi haqda məlumat verilir: "Etiraz aksiyasının keçirilməsinə səbəb Ermənistan ordusunun Dağlıq Qarabağ ərazisində qoşunların təmas xəttinin yaxınlığında yerləşən kəndi bombardman etməsi nəticəsində həmin kənd sakini 50 yaşlı qadının və onun 2 yaşlı nəvəsinin qətlə yetirilməsidir. Azərbaycan mətbuatının məlumatına əsasən, erməni əsgərlərinin məqsədi dinc əhalini hədəf almaqdır. Qeyd edək ki, Qafqazda olan Dağlıq Qarabağ münaqişəsi artıq onilliklərdir ki, davam etməkdədir”.
"The Washington Times” qəzetində Beqin-Sadat Strateji Araşdırmalar Mərkəzinin eksperti Aleksandr Murinsonun "Ermənistanın dinc azərbaycanlı əhaliyə hücumu” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Azərbaycanın işğal edilmiş ərazilərindəki erməni hərbi hissələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində Sahibə və Zəhra Quliyevaların həlak olmasından danışılır. Müəllif yazır ki, ABŞ-ın Müstəqillik Günündə amerikalılar hər yerdə atəşfəşanlıq etdikləri kimi, erməni hərbçiləri də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda günahsız mülki şəxslərə qarşı "öz partlayıcı vasitələrindən” istifadə ediblər. Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Norika Nikolai və Avropa Parlamentinin vitse-prezidenti Rişard Çarnetski birgə bəyanatlarında vurğulayıblar ki, "mülki şəxslərin, qadın və uşaqların kütləvi şəkildə qətlə yetirilməsi istənilən halda yolverilməzdir və dərhal dayandırılmalıdır. Müəyyən olunub ki, bu qətl Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan istifadə etməsiklə əliyalın mülki azərbaycanlı şəxslərə hücumu nəticəsində baş verib”. Alxanlı kəndinin atəşə tutulmasından danışan müəllif yazır ki, erməni hərbçiləri Azərbaycan mövqelərinə, tanklarına və qoşunlarına hücum etməkdən açıq-aşkar çəkiniblər. Bunun əvəzinə, Azərbaycanın Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və ağır qumbaraatanlardan atəşə tutulub. Məqalənin sonunda Murinson qeyd edir ki, Tramp Administrasiyasının Azərbaycana diplomatik, hərbi və siyasi dəstəyi Vaşinqtonun marağındadır, xüsusən ona görə ki, bu ölkə ABŞ-ın ən səmimi, stabil və etibarlı dostlarından biridir.
Pakistanın "Pakistanintheworld” portalında dərc edilən məqalədə Ermənistanın siyasi-hərbi rəhbərliyini mülki vətəndaşlara hücumlar üzündən ciddi qınanıldığı vurğulanır. Fransanın "Mediapart” nəşrində dərc edilən məqalədə isə qeyd edilir ki, Ermənistanla Azərbaycan arasında mübahisəli Dağlıq Qarabağ bölgəsi ətrafında sonu görünməyən müharibədə yeni zorakı mərhələnin başlanması bir körpənin və onun nənəsinin həyatını itirməsinə gətirib çıxarıb.
Azər
banner

Oxşar Xəbərlər