• çərşənbə axşamı, 23 aprel, 19:00
  • Baku Bakı 20°C

“Uşaq hüquqları Konvensiyası” mövzusunda seminar keçirilib

29.10.14 12:25 1584
“Uşaq hüquqları Konvensiyası” mövzusunda seminar keçirilib
“Uşaq hüquqları aylığı” çərçivəsində növbəti seminar İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Bakı Biznes Tədris Mərkəzinin (BBTM) Gəncə nümayəndəliyinin və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə keçirilib.
İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, “Uşaq hüquqları Konvensiyası” mövzusunda keçirilmiş tədbirdə insan hüquqlarının qorunması sahəsində qanunvericilik, bu sahədə beynəlxalq təcrübə, Uşaq hüquqları Konvensiyası, uşaq hüquqları sahəsində gördüyü işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, uşaq hüquqlarının tam təmin edilməsi, problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan, uşaqların hüquqların müdafiəsi, sağlamlığının qorunması, onların müasir tələblər səviyyəsində təhsil alması üçün ölkədə bir sıra tədbirlər həyata keçirilir.
Seminarda bu cür tədbirlərin təşkilin uşaqların hüquqlarının təmin edilməsində, onların qayğı ilə əhatə olunmasında və layiqli vətəndaş kimi formalaşmasında əhəmiyyəti vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər