• cümə, 29 Mart, 15:16
  • Baku Bakı 14°C

Uşaq başçalarında əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinətlərin hesablanması qaydası müəyyənləşib

16.01.18 11:20 756
Uşaq başçalarında əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinətlərin hesablanması qaydası müəyyənləşib
Dövlət məktəbəqədər təhsil müəssisələrində əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər və digər müavinət, təqaüd və transfertlərin xərc normativinin hesablanması qaydası müəyyənləşib.
APA-nın məlumatına görə, bu,Nazirlər Kabinetinin təsdiq etdiyi "Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ndə əksini tapıb.
"Əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər” xərc normativinə qanunvericiliyə uyğun olaraq hesablanmış müvəqqəti əmək qabiliyyətini itirməyə görə işçilərə ilk 14 gün üçün işəgötürənin vəsaiti hesabına ödənilən müavinətlər üzrə xərclər daxildir. Bu zaman hesablama əvvəlki ilin faktiki icra məbləği əsas götürülməklə aparılır. "Digər müavinət və transfertlər” xərc normativinə əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə dəymiş zərərin ödənilməsi, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, vəfat edənin vərəsələrinə ödənilən müavinət və bu qəbildən olan digər xərclər daxildir.
banner

Oxşar Xəbərlər