AZE | RUS | ENG |

Uşaq bağçalarına qəbul elektron qaydada olacaq

Uşaq bağçalarına qəbul elektron qaydada olacaq
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi, uşaqların qəbulunda şəffaflıq və digər məsələlərə həsr olunmuş müşavirə keçirilib.
İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, müşavirədə son illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə təhsilə, xüsusən də məktəbəqədər təhsil müəssisələrinə olan diqqət və qayğısının nəticəsində görülən işlər barədə məlumat verilib, məktəbəqədər uşaq müəssisələrinin tikintisi, əsaslı təmiri və avadanlıqlarla təminatı işlərində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu xüsusi qeyd edilib. Bildirilib ki, hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu il Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilib və artıq yay aylarında bir sıra bağçalarda təmir işləri görüləcək.

Müşavirədə paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prosesi zamanı mövcud təlimatlara, tədris proqramlarının tələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması, ən əsası isə pedaqoji işçilərin yerləşdirilməsi və bu gün bir çoxlarını narahat edən məsələ olan bağçalara uşaqların qəbulunun şəffaf, neqativ hallara yol verilmədən aparılması müzakirə olunub.
Rəhbər işçilərə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ hallara yol verilməməsi ilə bağlı ciddi xəbərdarlıq edilib, bildirilib ki, qəbul məsələlərində nəzarətə götürülmüş və bağçalara qəbulun elektronlaşdırılması işləri artıq bu ilin sonuna kimi həyata keçiriləcək. Bu istiqamətdə işlər davam edir.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779