AZE | RUS | ENG |

Uşaq bağçaları ilə bağlı komissiya yaradıldı - Yoxlama aparılacaq

Uşaq bağçaları ilə bağlı komissiya yaradıldı - Yoxlama aparılacaq
Paytaxtda qışa hazırlıq tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin qurumlarında, o cümlədən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan uşaq bağçaları və uşaq evlərində qışa hazırlığın, burada mövcud sanitar-gigiyenik və epidemoloji vəziyyətin öyrənilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən sərəncam imzalanıb, müvafiq komissiya yaradılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, sərəncama uyğun olaraq Komissiya tərəfindən uşaq bağçalarına baxışlar keçiriləcək, bağçaların binaları, dam örtüyünün, istilik sistemlərinin vəziyyəti yoxlanılacaq. Ərzaq təchizatı, saxlanma şəraiti, qidalanma məsələləri, uşaqların sağlamlıq səviyyəsi, infeksion xəstəliklərdən qorunma, profilaktika tədbirləri və digər məsələlərə xüsusi fikir veriləcək.
Komissiyanın rəyi araşdırılacaq və müvafiq tədbirlər görüləcək.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973