• cümə axşamı, 25 aprel, 04:53
  • Baku Bakı 19°C

Usama Al-Əbd Bakıda keçiriləcək Forumda iştirak edəcək

14.10.18 10:38 322
Usama Al-Əbd Bakıda keçiriləcək Forumda iştirak edəcək
Misir Parlamentinin din və vəqflər komitəsinin sədri, Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Usama Al-Əbd Bakıda keçiriləcək 6-cı Beynəlxalq Humanitar Forumda iştirak edəcək.
Bunu Usama Al-ƏbdAZƏRTAC-a bildirib.
Beynəlxalq forumda digər ərəb və müsəlman ölkələrindən nümayəndələrin də iştirakı gözlənilir.
Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.
banner

Oxşar Xəbərlər