AZE | RUS | ENG |

Uşağın həyati təhlükənin sovuşması üçün 40 gün lazımdır

Uşağın həyati təhlükənin sovuşması üçün 40 gün lazımdır
Üzünü it parçalayan uşağın atası: Şəhərin mərkəzi, Bulvar ərazisi küçə itləri ilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun atası Qismət Məmişov övladının həyatı ilə bağlı narahatlığını bildirib.
Trend-in məlumatına görə, Q.Məmişov deyib ki, həkimlərin sözlərinə görə, həyati təhlükənin sovuşması üçün 40 gün lazımdır:
Hazırda uşağın vəziyyəti stabildir. Amma heç kim qərar vermir ki, uşaq sağala bilər, yaxud onda quduzlaşma yaranar. Mən həkimləri də qınamıram. Müalicəni, iynə-dərmanlarını edirlər, ümid Allahadır”.
Q.Məmişov küçə itləri ilə bağlı müvafiq qurumlara çağırış edib:
"Bir valideyn kimi tələb edirəm ki, itlərlə bağlı tədbir görülsün. Vətəndaşlar küçələrdəki itlərin əlindən rahat şəkildə gəzə bilmirlər. Əgər mən avtomatı götürüb o itləri vursam, məni terrorçu elan edəcəklər. Şəhərin mərkəzi, Bulvar ərazisi küçə itlərilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir. Bunların qarşısını almaq lazımdır. Uşaqlarımız yazıqdır, mən neçə gündür ürəkağrısı tapmışam”.

Rəsmilərdən lazımi kömək göstərildiyini deyən ata ancaq övladının sağalmasını istədiyini söyləyib:
"Hüseyndən başqa, iki məktəbli övladım da var. Anası uşağı məktəbdən gətirib evdə mətbəxə keçəndə Hüseyn həyətdə olub. İt çəpərdən tullanıb uşağın yanağından dişləyib, yerlə sürüyüb. Mən hasarımı tikmək istəyəndə imkan versəydilər, övladım belə olmazdı”.
 
Qeyd edək ki, uşağın həkimi, Kliniki Tibbi Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsində çalışan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Məhəbbət Cəfərov da Trend-ə açıqlamasında uşağı dişləyən itin quduz olduğunu deyib:
"İt quduz olduğu üçün uşağı dişlədikdən sonra ölüb, uşağın quduzluğa yoluxub-yoluxmaması barədə isə indi heç nə demək olmaz. Təxminın 40-60 gündən sonra xəstə buna görə uşaq infeksionistləri tərəfindən müayinədən keçirilməlidir".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779