• cümə axşamı, 28 mart, 18:36
  • Baku Bakı 13°C

Uşağa baxan kişilərə güzəştlər edilə bilər

13.11.14 12:45 1018
Uşağa baxan kişilərə güzəştlər edilə bilər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsinə 3 yaşına çatmamış uşağa qulluğa görə əmək və məşğulluq sahəsində mövcud imtiyazların və güzəştlərin tətbiqində gender bərabərliyinin təmin edilməsi məsələsi daxil edilib.
Layihəyə əsasən, Azərbaycanda 3 yaşına çatmamış uşağa qulluğa görə əmək və məşğulluq sahəsində mövcud imtiyazların və güzəştlərin tətbiqində gender bərabərliyinin təmin edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaq.
Layihəyə görə, 3 yaşına çatmamış uşağı olan işləyən qadınlar üçün çevik iş rejiminin tətbiqi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üzrə də təkliflər hazırlanacaq.
Bu məsələlərlə bağlı təkliflərin gələn il ərzində Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumlarla birgə hazırlanaraq hökumətə təqdim edilməsi nəzərdə tutulur.
Layihəyə görə, ƏƏSMN hamilə qadınlara və 3 yaşına çatmamış uşağa qulluq edən valideynlərdən birinə (yaxud ailənin başqa üzvünə) əmək qanunvericiliyində nəzərdə tutulmuş təminatların tətbiqi üzrə dövlət nəzarətini gücləndirəcək.
banner

Oxşar Xəbərlər