• çərşənbə axşamı, 19 mart, 07:58
  • Baku Bakı 8°C

Ursula Le Quin haqqında çəkilmiş filmin ilk fraqmenti yayımlandı

28.05.18 13:30 1517
Ursula Le Quin haqqında çəkilmiş filmin ilk fraqmenti yayımlandı
2016-cı ildə Amerikanın gənc və parlaq araşdırmaçı-jurnalistlərindən Arven Köri özünün və amerikalıların sevimli yazarı Ursula Le Quin haqqında sənədli film çəkmək istədiyini açıqladı. "Kickstarter” adlı çoxistifadəçili bir platformadan yayılan bu xəbər sürətlə film şirkətlərinin diqqətini cəlb etdi. Körinin filmi üçün yaradılmış xüsusi fonda çox qısa zamanda tələb olunandan iki dəfə çox məbləğdə vəsait toplandı. Təbii ki, bu zaman kəsimində Quinin dünyasını dəyişməsi bütün Amerikanı dərin kədərə qərq etdi, amma Köri işi dayandırmadı. "Guardian”-ın xəbərinə görə, iki ildir maraqla gözlənilən böyük proyektin ilk işıltıları görünməyə başlayıb. Belə ki, filmin ilk fraqmenti artıq izləyicilərin ixtiyarına verilib. "Ursulanın dünyası” ("World of Ursula Le Guin”) adlı sənədli filmin ilk fraqmentində Neyl Qeyman, Marqaret Etvud, Teodora Qoss kimi müəlliflərlə müsahibələr görünür. Le Quin özü isə yazmağa başladığı zamanlardan, ədəbiyyatın gücündən, yaradıcı prosesdən danışır. Xüsusi çəkiliş və animasiyaların müşayiəti ilə dünyanın müxtəlif ölkələrində yazar haqqında elmi iş, araşdırma aparanlar, yazarın sevənləri danışır, Quinin əsərlərinin izindən, əhəmiyyətindən danışırlar.
Bu günün amansız rəqabət mühitində Quinin qazandığı məşhurluq, nüfuz, tutduğu yer həqiqətən də, həsəd aparılasıdır. Bunu isə o, böyük bir ömrün hesabına əldə edib. Fraqment müəllifin öz səsindən bu cümlə ilə bitir: "Bir işi layiqincə görməyi öyrənmək bəzən bir ömür çəkir”.
banner

Oxşar Xəbərlər