• cümə, 26 Aprel, 06:47
  • Baku Bakı 12°C

Urmiyada polis azərbaycanlılara qarşı zor tətbiq etdi

19.06.13 10:22 1590
Urmiyada polis azərbaycanlılara qarşı zor tətbiq etdi
APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, buna səbəb İranın futbol üzrə yığma komandası 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmasının ardından bir qrup şəxsin bayraqlarla küçələrə çıxaraq müxtəlif şüarlar səsləndirməsi olub.
Bundan başqa, şəhərin müxtəlif meydanlarında pulsuz İran bayraqlarının paylanılması da yerli sakinlərin hiddətinə səbəb olub. Nəticədə Azərbaycan türkləri küçələrdə, xüsusilə Xəyyam xiyabanında buna etiraz olaraq “Azərbaycan var olsun, istəməyən kor olsun!” şüarı səsləndirməyə başlayıblar.
Hadisəyə İran polisi və mülki geyimli məmurlar müdaxilə ediblər, tərəflər arasında güclü qarşıdurma baş verib. Hələlik xəsarət alanlar və həbslər barədə məlumat yoxdur.
Ancaq aksiyaya qatılmış azərbaycanlıların fotolarının çəkildiyi və videolentə alındığı bildirilir. İran polisi şadyanalıq edən digər kütləyə isə heç bir müdaxilə etməyib, hətta onları qoruyublar.
banner

Oxşar Xəbərlər