• çərşənbə axşamı, 16 aprel, 21:15
  • Baku Bakı 18°C

Ural Federal Universitetinin professoru ADU-da mühazirə oxuyub

13.12.17 15:40 2131
Ural Federal Universitetinin professoru ADU-da mühazirə oxuyub
Rusiyanın Ural Federal Universitetinin professoru, Xarici regionşünaslıq kafedrasının müdiri Aleksandr Nesterov Azərbaycan Dillər Universitetinin (ADU) tələbələrinə "Avropa İttifaqının hüquqi əsasları” mövzusunda mühazirə oxuyub.
Qeyd edək ki, ADU ilə B.Yeltsin adına Ural Federal Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən professor A.Nesterovun iştirakı ilə 15 dekabr 2017-ci il tarixinədək "Müasir Rusiyanın xarici siyasəti” haqqında ustad dərsləri, "XXI əsrdə Rusiya: dövlətçiliyin yeni modelinin formalaşması” mövzusunda dəyirmi masa, Rusiyaşünaslıq və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyalarının əməkdaşları və pedaqoji heyətlə görüşlər təşkil olunacaq.
banner

Oxşar Xəbərlər