• cümə axşamı, 25 aprel, 14:47
  • Baku Bakı 23°C

Uorlik: Dağlıq Qarabağ münaqişəsində status-kvo müharibə təhlükəsi yaradır

08.03.17 16:22 747
Uorlik: Dağlıq Qarabağ münaqişəsində status-kvo müharibə təhlükəsi yaradır
Dağlıq Qarabağ münaqişəsində status-kvo stabil deyil və müharibə təhlükəsi yaradır.Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun sabiq həmsədri Ceyms Uorlik "Amerikanın səsi"nə müsahibəsində deyib.
C.Uorlik qeyd edib: "Status-kvo sabit deyil, müharibə təhlükəsi yaradır, sülh isə regionda hər şeyi dəyişəcək".
Onun sözlərinə görə, regionun əhalisi sülhə layiqdir:"Dağlıq Qarabağın statusu məsələsinin müzakirəsi zəruridir, eyni zamanda, Azərbaycan ərazilərinin qaytarılması barədə danışmaq lazımdır".
banner

Oxşar Xəbərlər