• cümə, 29 Mart, 11:01
  • Baku Bakı 5°C

Uorlik: "Bu ayın sonu regiona səfər edəcəyik"

06.10.16 16:54 824
Uorlik: "Bu ayın sonu regiona səfər edəcəyik"
ATƏT-in Minsk qrupu həmsədrləri bu ayın sonu regiona səfər edəcəklər. Bu barədəAPA-ya açıqlamasında Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O səfərin dəqiq tarixinin hələlik məlum olmadığını deyib. Amerikalı həmsədr səfər zamanı ölkə prezidentləri ilə görüşəcəklərinə ümid etdiklərini bildirib.

C.Uorlik həmçinin Fransanın növbəti sammiti keçirməklə bağlı təklifini alqışladığını bildirib: "Fransa, Rusiya və ABŞATƏT-in Minsk qrupu həmsədr ölkələri olaraq davamlı sülhə gətirib çıxara biləcək vasitəçilik səylərini davam etdirmək üçün birlikdə sıx işləyirlər”.

Diplomat Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri öncəsi danışıqlarda fasilə yarana biləcəyi ehtimalına da cavab verib: "Mənim Ermənistandakı seçkilər barədə şərh vermək səlahiyyətim yoxdur. Lakin tərəflər sülh yolu ilə həllə sadiqdirlər və biz bunun dəyişəcəyini gözləmirik”.
banner

Oxşar Xəbərlər