• cümə axşamı, 25 aprel, 02:27
  • Baku Bakı 19°C

“Unudulmaz” sənədli filmi nümayiş olundu

13.12.18 12:34 723
“Unudulmaz” sənədli filmi nümayiş olundu
Nizami Kino Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı "Lider” televiziyası tərəfindən hazırlanan "Unudulmaz” sənədli filmi nümayiş olundu. Sənədli filmdə ulu öndər Heydər Əliyevin həyatının Klivlend səhifəsi əks etdirilib. Nadir arxiv kadrların istifadə olunan ekran əsərində ümummilli lideri müalicə edən həkimlərlə xüsusi müsahibələr və digər məqamlar yer alıb. Ulu öndərin həyatının Klivlend səhifəsi ilə bağlı bütün suallara filmdə mükəmməl cavab tapmaq mümkündür.

Ekran əsərinin ideya və ssenari müəllifi jurnalist, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyevdir. "Ekran əsərini hazırlamaq üçün o zaman "Lider” kanalının rəhbəri Ədalət Əliyev böyük dəstək göstərdi” – deyən müəllif filmin ABŞ, Türkiyə, Özbəkistan və Azərbaycanın ayrı-ayrı rayon və şəhərlərində nümayiş etdirildiyini bildirdi. Filmin nümayişində iştirak edənlər ekran əsərini dahi şəxsiyyətin portretini yaratmaq baxımından uğurlu iş adlandırdılar.


banner

Oxşar Xəbərlər