AZE | RUS | ENG |


UNICEF: Azərbaycan hökuməti qanunu pozan uşaqların həbsxanada cəza çəkməmələri üçün alternativ yollar axtarır

UNICEF: Azərbaycan hökuməti qanunu pozan uşaqların həbsxanada cəza çəkməmələri üçün alternativ yollar axtarır
"Ötən il UNİCEF Ədliyyə Nazirliyi, Avropa İttifaqı və Dünya Bankı ilə birlikdə Azərbaycanın 5 rayonunda qanun pozuntusu törədən uşaqlar üçün hüquqi yardım göstərilməsi proqramı hazırlayıb".

Bunu "Report"a açıqlamasında UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin deyib.

Onun sözlərinə görə, bu proqram çərçivəsində eyni zamanda hakimlər, vəkillər və prokurorlar üçün təlimlər də keçirilib: "Düşünürəm ki, bu həm də qanunu pozan uşaqların həbsxanada cəza çəkməmələri üçün yeni müzakirələrə yol açıb. Hökumət bu məsələ ilə bağlı alternativ yollar axtarışındadır. Bu, o demək deyil ki, biz uşaqların qanun pozuntularına göz yumuruq. Əslində, onlar həbsxanadan daha təcrübəli cinayətkarlar kimi çıxa bilərlər, çünki həbsxanalarda "mütəxəssislərdən" təcrübə yığırlar. Ona görə də biz onları islah olunmaları üçün xüsusi məktəblərə və ya ictimai işlərə cəlb edə bilərik".

E.Karvardin qeyd edib ki, UNICEF eyni zamanda qanunu pozmağa meyilli uşaqların əvvəlcədən müəyyən edilməsində də yardım göstərir: "Onlar çətin ailələrdən olan uşaqlar ola bilər. Bu, o deməkdir ki, uşaqların çətin vəziyyətə düşməməsi üçün biz bu işə daha çox sosial işçilər, mütəxəssisləri cəlb etməliyik".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001