• cümə, 29 Mart, 10:06
  • Baku Bakı 5°C

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycanda keçiriləcək

04.07.18 12:45 634
UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycanda keçiriləcək
2019-cu ildə AzərbaycanUNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək.

APA-nın Mədəniyyət və Xarici İşlər Nazirliklərinin birgə məlumatına istinadən verdiyi xəbərə görə, müvafiq qərar BəhreyndəUNESCO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası zamanı qəbul olunub.

İclasda Azərbaycanın mədəniyyət naziriƏbülfəs Qarayevin rəhbərliyi altında Xarici İşlər və Mədəniyyət nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.

İclas çərçivəsindəUNESCO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyasına aid məsələlər müzakirə edilib, eyni zamanda müxtəlif ölkələrin maddi irs nümunələri Ümumdünya İrs Siyahısına daxil edilib. Komitə iclasının sonunda növbəti il üçün Komitənin sədri və 43-cü sessiyaya ev sahibliyi edəcək ölkə ilə bağlı müzakirələr aparılıb. Yekun qərara əsasən mədəniyyət naziriƏbülfəs QarayevKomitəyə sədr seçilib. Beləliklə, 2019-cu ildə UNESCKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Azərbaycan ev sahibliyi edəcək. Tədbirdə dünyanın 180-dan artıq ölkəsindən 2000-dən nəfərdən çox nümayəndənin iştirakı gözlənilir.

Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərindən biri hesab olunur. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda Komitəyə sədrlik etməklə Azərbaycan dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.
banner

Oxşar Xəbərlər