• cümə axşamı, 25 aprel, 11:03
  • Baku Bakı 14°C

UNESCO baş direktorunun müavini: “Davamlı inkişafsız sülh, sülhsüz davamlı inkişaf yoxdur”

29.09.16 11:22 729
UNESCO baş direktorunun müavini: “Davamlı inkişafsız sülh, sülhsüz davamlı inkişaf yoxdur”
"2030-cu ilədək davamlı inkişaf gündəliyi yetərli sayıla bilməz. Zorakı ekstremizmin qarşısını almaq üçün təhsil sahəsində işləmək vəzifə borcumuzdur”.

APA-nın məlumatına görə, bunu bu gün V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edənUNESCObaş direktorunun müavini Qetaçyu Enqida deyib.O qeyd edib ki,UNESCO-nun silahlı münaqişələr zamanı mədəniyyətin qorunması strategiyası məqsədəuyğundur: "Bununla bağlı strategiyamızda bildirilib ki mədəniyyətin qorunması sülh yaratma proseslərinə daxil edilməlidir. Dini, mədəni, sosial dözümsüzlüyə qarşı çıxaraq bu məqsədə nail olmağa çalışırıq. Qaçqın və məcburi köçkünlərin davamlı inkişafa təhdid yox, dəstək kimi qəbul olunmasına çalışırıq. Bu, Mədəniyyətlərarası Forumun ruhuna uyğundur. Bu gələn il keçiriləcək Mədəniyyətlərarası Forum üçün geniş imkanlar açacaq”.

Q. Enqida deyib ki, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlıq vacibdir: "Bu, sülh naminə uzunmüddətli proqramın həyata keçirilməsinə, insan hüquqlarının qorunmasına dəstəyi artırır. Davamlı inkişafsız sülh, sülhsüz davamlı inkişaf yoxdur”.
banner

Oxşar Xəbərlər