• cümə, 29 Mart, 12:08
  • Baku Bakı 14°C

UNEC-də Zəfər Gününə həsr olunan şeir və mahnı müsabiqəsi keçirilib

21.10.21 14:55 449
UNEC-də Zəfər Gününə həsr olunan şeir və mahnı müsabiqəsi keçirilib
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsi tərəfindən "Zəfər Günü” adlı şeir və mahnı müsabiqəsi keçirilib.
Bu barədəAZƏRTAC-a universitetdən məlumat verilib.
Tədbirin açılışında fakültənin dekanı dosent Elçin Eyvazov sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirib. Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılmasının müharibənin taleyində həlledici rol oynamasına, eləcə də düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olduğu üçün həmin günün Zəfər bayramı kimi qeyd olunduğunu deyib.
Sonra tələbələrin təqdimatında şeirlər və mahnılar səsləndirilib.
banner

Oxşar Xəbərlər