• çərşənbə axşamı, 19 mart, 09:30
  • Baku Bakı 8°C

Umayra Tağıyeva: Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək

18.01.19 15:21 491
Umayra Tağıyeva: Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək
Yanvarın 18-i saat 14:00-a olan məlumata əsasən, ölkədə hökm sürən qeyri-sabit hava şəraiti artıq səngiyib. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
U.Tağıyeva bildirib ki, Bakıda və Abşeron yarmadasında küləyin sürəti 16-20 metrdən artıq deyil: "Açıq dənizdə dalğanın hündürlüyü 3.6-5 metr arasındadır. Külək axşam saatlarına qədər daha da səngiyəcək. Bu gün havanın temperaturu 5 dərəcəyə qədər artacaq".
Departament direktoru qeyd edib ki, növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək, sonrakı günlərdə daha artıq olacaq.
banner

Oxşar Xəbərlər