• cümə, 19 Aprel, 05:49
  • Baku Bakı 18°C

Umayra Tağıyeva işdən çıxarıldı

19.01.15 12:40 1335
Umayra Tağıyeva işdən çıxarıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsi Asif Verdiyevə həvalə edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva işdən azad olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, Umayra Tağıyevanın işdən çıxmasının səbəbi bəlli deyil. Onun sözlərinə görə, U.Tağıyeva yanvarın 16-da öz ərizəsi əsasında işdən azad olunub.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsi ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevə həvalə olunub.
banner

Oxşar Xəbərlər