AZE | RUS | ENG |

Umayra Tağıyeva: Hava şəraiti kəskin dəyişəcək

Umayra Tağıyeva: Hava şəraiti kəskin dəyişəcək
Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin saniyədə 28-33 metr olacağı, arabir saniyədə 35-38 metrə çatacağı gözlənilir. Ötən günlərlə müqayisədə havanın temperaturu 10 dərəcə enəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında məlumat verib.
Departamentin direktoru bildirib ki, respublikanın rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Yanvarın 17-dən 18-nə keçən gecə respublikanın rayonlarında yolların buz bağlamaq ehtimalı var.
Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, yağıntının sulu qara, qara keçəcəyi ehtimal edilir. Havanın temperaturu 0-2 dərəcə isti olacaq.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8931
GEL 1 1 Gürcüstan larisi 0.6302
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1934
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1784
CHF 1 1 İsveçrə frankı 1.6666
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2862