• cümə, 19 Aprel, 13:58
  • Baku Bakı 25°C

Ulu öndərin hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsidir

10.06.19 16:08 496
Ulu öndərin hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsidir
Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsidir. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Azərbaycan xalqına firavanlıq bəxş etmiş bu çox böyük şəxsiyyət hamımızın qəlbində daim yaşayacaq.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev söyləyib. O deyib: "Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev xalqı işıqlı gələcəyə aparan dahi şəxsiyyət, qətiyyətli, dəyərli, dünya şöhrətli lider idi. Dünya Azərbaycanı onun müdrik siyasəti sayəsində tanıdı. Ümummilli Liderin ürəyi həmişə Vətən sevgisi ilə döyünüb. O, gənclərə daim diqqət və qayğı ilə yanaşıb. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndərin elm və təhsilin inkişafına xüsusi diqqət yetirdiyini ayrıca vurğulamaq istəyirəm. O, bu sahədə problemlərin həlli, dünya standartlarına uyğun təhsil strategiyasının formalaşdırılması istiqamətində ciddi tədbirlər görüb, tarixi fərman və sərəncamlar imzalayıb.
Xalqımızın Ümummilli Lideri səhiyyənin inkişafına daim diqqətlə yanaşıb, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və kadr potensialının yüksəldilməsinə böyük diqqətlə yanaşıb. Ulu Öndərin təşəbbüsü ilə səhiyyə sistemində aparılan islahatlar xidmətin keyfiyyətcə yaxşılaşmasına zəmin yaradıb. O, səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək deyib: "Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
banner

Oxşar Xəbərlər