• cümə, 19 Aprel, 07:30
  • Baku Bakı 13°C

Ulu Öndərin anadan olmasının 93-cü ildönümü Tərtərdə silsilə tədbirlərlə qeyd olunub

10.05.16 19:58 963
Ulu Öndərin anadan olmasının 93-cü ildönümü Tərtərdə silsilə tədbirlərlə qeyd olunub
Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Tərtər rayonunda silsilə tədbirlərlə qeyd edilib.
AZƏRTACxəbər verir ki, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və minlərlə tərtərli rayonun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtıramını, ümumxalq məhəbbətini nümayiş etdiriblər. Abidənin ətrafı gül və çiçəklərdən düzəldilmiş kompozisiya və əl işləri ilə bəzədilib.
Sonra Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində "dəyirmi masa” keçirilib. Tədbirdə "Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur”, "Heydər Əliyev və Azərbaycan gəncliyi”, "Ulu Öndərin həyat və fəaliyyəti gənc nəsillərə örnəkdir”, "Heydər Əliyev və Azərbaycan təhsili”, "Azərbaycanın mədəniyyət sahəsində Heydər Əliyevin rolu” mövzularında çıxışlar dinlənilib, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Həmin gün Heydər Əliyevin adını daşıyan parkda kitab bayramı və rəsm müsabiqəsi keçirilib, konsert proqramı olub.
Ümummilli Liderin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyasında 1150 nəfərdən çox tərtərli iştirak edib. Onlar Tərtər-Bərdə, Tərtər-Ağdam, Tərtər-Goranboy magistral avtomobil yollarının kənarlarında, şəhərin prospektində və küçələrində 3450 ədəd çinar, Eldar şamı, küknar, göyrüş, sərv və müxtəlif meyvə ağacları, 100 min ədəd dekorativ kol, 10 min ədəd gül və çiçək əkiblər. Ağacların və güllərin suvarılması üçün yeni su xətləri çəkilib, yaşıllıqlara lazımi qulluq göstərilib.
banner

Oxşar Xəbərlər