Ulu öndərə sevgi və ehtiram tükənməzdir - Fotolar
Yeni
Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr
etdiyi silsilə tədbirlərin mükafatlandırma mərasimini keçirib.
Məhsəti Gəncəvi Mərkəzində
reallaşan mərasimdə YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev,YAP
Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə,
şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatı
ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları, ziyalılar və tələbə-gənclər
iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Tədbiri
giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili
Naqif Həmzəyev açaraq, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95-ci
ildönümü ilə bağlı hər il ənənəvi olaraq keçirilən tədbirlərin əhəmiyyətindən
danışıb. Bildirib ki, silsilə tədbirlərin keçirilməsində əsas məqsəd Ümummilli
liderin dövlətçilik siyasəti, onun zəngin irsinin tədqiqi və təbliği, gənclərin
müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində
Ulu öndərin xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir. Tədbirlərin
yüksək əhval-ruhiyyədə keçirilməsi dahi şəxsiyyətə sevgi və ehtiramın
böyüklüyündən qaynaqlandığını qeyd edən Naqif Həmzəyev, son 15 ildə Heydər Əliyev
siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasını şərtləndirdiyini
diqqətə çatdırıb.
Sonra
Ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti
ilə keçirilən silsilə tədbirlər çərçivəsində geniş yer alan "Heydər Əliyev
irsini öyrənirik” adlı bilik yarışı, futzal, şahmat və stolüstü tennis turnirləri qalibləri mükafatlandırılıb. Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət
Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Musiqi Kolleci, Gəncə
Dövlət Regional Kolleci və Gəncə Tibb Kolleci tələbələrinin iştirak etdiyi
yarışlarda I və II yerləri
bölüşdürən komandalar Fəxri fərman, qiymətli hədiyyələrlə təltif ediliblər. Tədbirdə
həmçinin partiya fəalları, yarışların hakimləri də mükafatlandırılıblar. Bildirilib ki, bütün yarışlarda ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərləri,
fəalları, tələbə-gənclər dahi şəxsiyyət Heydər Əliyev ənənələrinə sonsuz sədaqət,
məhəbbət, yüksək vətənpərvərlik, hərtərəfli bilik, intellekt və bacarıq nümayiş
etdiriblər.
YAP
Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə,
şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov,
"Kapital Bank” ASC-nin Gəncə filialının müdiri Vüqar Paşayev çıxış edərək, qalib adını qazanan gənclərə uğurlar arzu ediblər.
Qeyd
edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti
ilə keçirilən yarışlar Kapital Bankın və ABC telekom şirkətinin tərəfdaşlığı ilə
həyata keçirilib.