AZE | RUS | ENG |

Ulu öndər xalqı böyük fəlakətlərdən, qardaş qırğınından qurtardı

Ulu öndər xalqı böyük fəlakətlərdən, qardaş qırğınından qurtardı
Sabah Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 1993-cü ilin iyunun 15-də ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası başlayıb. Zaman bizi 1990-cı ilin həyəcanlı günlərindən uzaqlaşdırdıqca, tariximizin bu dönüş məqamında şahidi olduğumuz siyasətçilərin qədir-qiymətini daha yaxşı bilməliyik.

Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, o günlərdə Azərbaycan dövləti ikinci dəfə əldə etdiyi müstəqilliyini itirmək ərəfəsində idi: "Azərbaycanda qardaş qırğını təhlükəsi var idi. Bu çətin zamanlarda xalq üzünü Azərbaycanın dahi oğlu, böyük dövlət xadimi böyük şəxsiyyət Heydər Əliyevə tərəf döndərdi. Ulu öndər hakimiyyətə qayıtması ilə xalqı böyük fəlakətlərdən, qardaş qırğınından qurtardı. Bu zaman Azərbaycanın müasir dövlətin hədəfləri müəyyənləşdi. Ona görə biz hər il iyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edirik. Fürsətdən istifadə edib hamımızı təbrik edirəm. Azərbaycan xalqına inkişaf arzulayıram”.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287