• cümə, 29 Mart, 12:08
  • Baku Bakı 14°C

Ulu öndər Türkiyədə anılıb

15.12.14 15:21 1030
Ulu öndər Türkiyədə anılıb
Ankarada Azərbaycanın Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı xatirə tədbiri keçirilib. Səfirliyin əməkdaşları, tanınmış ictimai siyasi xadimlər, elm və incəsənət adamları, tələbə və müəllim kollektivləri, Ankaradakı Heydər Əliyev məktəbinin şagirdləri, ictimaiyyət, diaspor və KİV nümayəndələrinin iştirakı ilə ulu öndərin vəfatının 11-ci ildönümü anılıb. Ankaranın Yenimahalle səmtində yerləşən Heydər Əliyev parkında keçirilən xatirə mərasimində, ilk olaraq ümummilli liderin abidəsi önünə əklillər qoyulub və xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfir Faiq Bağırov ulu öndərin Azərbaycan xalqına və dünya siyasətinə misilsiz xidmətlərindən nümunələr gətirərək, onun Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin həyatında, xalqın taleyində oynadığı rolun Azərbaycan xalqının yaddaşından silinməyəcəyini, ölkəmizin tarixi inkişaf prosesinə təkan verdiyini, vətən və xalq qarşısındakı ən böyük xidmətinin müstəqil Azərbaycanın qurulması və Azərbaycançılıq ideologiyasının yaradıcısı kimi ən böyük amalı güclü Azərbaycan dövlətini qurmaq və yaşatmaq olduğundan söz açıb.
Daha sonra tələbələr, kursantlar, polis akademiyası tələbələrinin hər birinin nümayəndələri, Ankaradakı Heydər Əliyev Məktəbinin direktoru Necattin Şengezer və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nəcdət Ünüvar ümummilli lider haqqında ürək sözlərini dilə gətiriblər. Daha sonra diaspor adından professor Rahilə Şükürova çıxış edib.
Tədbir Osmangazi Universitetinin doktorantı Qoşqar Məhərrəmov tərəfindən Xalq şairi Zəlimxan Yaqubun ümummilli liderə həsr etdiyi şeri səsləndirilməsi ilə başa çatıb.
Eyni zamanda, tədbir günü səfirliyin müraciəti əsasında Türkiyə Respublikası Diyanət İşləri Başqanlığı vasitəsilə Ankaranın bütün camilərində cümə namazı öncəsi ümummilli liderin ruhuna xütbələr oxunub, parkın yerləşdiyi səmtdə olan İrşad Sami camisində cümə namazının ardından mövlud şəkəri paylanılıb.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər