AZE | RUS | ENG |

Ulu öndər Heydər Əliyevlə bağlı fotosənədlərin elektron versiyası hazırlanıb

Ulu öndər Heydər Əliyevlə bağlı fotosənədlərin elektron versiyası hazırlanıb
Dövlət Kino-Foto Sənədləri Arxivində ulu öndər Heydər Əliyevin sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi illəri əks etdirən fotosənədlərin elektron versiyası hazırlanıb.
Bu barədə AZƏRTAC-a Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov bildirib.
Onun sözlərinə görə, elektron versiyada Ulu Öndərin sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi illəri əks etdirən 1435 saxlama vahidi fotosənəd yer alır.
Fotosənədlərin mövzusunun əsasını memarlıq, şəhərsalma, sənayeləşmə, aqrar-sənaye kompleksləri, hərbi təhsil, metro tikintisi, elm-mədəniyyət xadimləri ilə görüş, xarici ölkələrdən gələn qonaqların qəbulu, dövlət mükafatlarının təqdim edilməsi, meşə və yaşıllıqların salınması təşkil edir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946