• cümə, 29 Mart, 10:55
  • Baku Bakı 5°C

Ulu öndər Heydər Əliyevin xatirəsi İzmirdə anılıb

15.12.17 20:14 3168
Ulu öndər Heydər Əliyevin xatirəsi İzmirdə anılıb
Ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Türkiyənin İzmir bölgəsində yerləşən Əliağa qəsəbəsində fəaliyyət göstərən Heydər Əliyev adına İzmir Texniki və Sənaye Peşə Liseyində anım tədbiri keçirilib. Tədbiri ölkəmizin Ankaradakı səfirliyinin təhsil müşavirliyi ilə Texniki Lisey birgə təşkil edib.
Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova, Əliağa qəsəbəsinin rəhbəri Bayram Yılmaz, İzmir təhsil şöbəsinin müdiri Vəfa Baydakçı və liseyin direktoru Məhməd Arı Ulu Öndərin ölkəmizin inkişafı üçün göstərdiyi əvəzsiz xidmətlərdən, təhsilə və gənclərə diqqət və qayğısından, iki qardaş ölkənin əlaqələrinin inkişafındakı müstəsna rolundan, türk dünyası qarşısındakı tarixi missiyasından bəhs ediblər.
Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair rəsm, inşa və şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Anım tədbiri şagirdlərin hazırladığı bədii proqramla yekunlaşıb.
banner

Oxşar Xəbərlər