Ulduz Şokolad Fabriki “Made in Azerbaijan” brendi ilə ölkəmizi qürürla təmsil edir
Ulduz Şokolad Fabriki Çin Xalq Respublikasının Şanxay şəhərində 16-18
may 2018-ci il tarixində keçirilən "Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində
ölkəmizi "Made in Azerbaijan” brendi ilə təmsil edib.
Azərbaycanı
təmsil edən stend ticarət yarmarkasında izləyicilərin böyük marağına səbəb
olub. Fabrik sözügedən beynəlxalq sərgidə ölkəmizi qənnadı sektorunda öz sözünü
demiş, raqabət qabiliyyətli keyfiyyətli yeni çeşid məhsullar ilə təmsil edir.
Dünyanın ən böyük ərzaq sərgilərindən
hesab olunan "Sial China” Beynəlxalq Ərzaq Sərgisində iştirakçıların
əksəriyyəti Azərbaycanın stendi qarşısında ayaq saxlayaraq məhsullarımız ilə
yanaşı, ölkəmiz haqqında geniş məlumatlar əldə ediblər.
Qeyd
edək ki, 2001-ci ildən fəaliyyətə başlamış Ulduz Şokolad Fabriki yerli bazarla
yanaşı dünyanın 20-dən artıq ölkəsinə "Made in Azerbaijan” brendi ilə məhsul
ixrac edir.