Ulduz Şokolad Fabriki Beynəlxalq Qida Sərgisində - Fotolar
Ulduz Şokolad Fabriki Səudiyyə Ərəbistanının Ciddə
şəhərində təşkil olunmuş "FOODEX SAUDİ 2016” Beynəlxalq Qida sərgisində iştirak
edir.
Noyabrın 24-nə qədər davam edəcək "FOODEX SAUDİ
2016” Beynəlxalq Qida sərgisində ümumilikdə dünyanın 32 ölkəsindən 200-dən çox fabrikin
450 brendi iştirak edir.
Səudiyyə Ərəbistanının şahzadəsi Fahat Bin Muqrin
Bin Abdul Əziz tərəfindən təşkil olunan beynəlxalq sərgidə Kanada, İspaniya,
İtaliya, Yunanıstan, Türkiyə, Portuqaliya, Peru, Ukrayna, Yaponiya, Çin, Misir,
Fələstin, Pakistan, Tailand, Mərakeş, Şri-Lanka və digər ölkələrin tanınmış
brendləri iştirak edirlər.
Beynəlxalq sərgidə ölkəmizi
"Made in Azerbaijan” adı altında yalnız Ulduz Şokolad Fabriki təmsil edir. Fabrik
özünün beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə sərgi
iştirakçılarının böyük marağına səbəb olub.
Qeyd edək ki, 5 oktyabr 2016-ci il tarixində Azərbaycan
mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə Azərbaycan
prezidenti İlham Əliyev "Made in Azerbaijan” brendi ilə bağlı fərman imzalayıb.