• cümə, 19 Aprel, 23:08
  • Baku Bakı 24°C

Ulduz futbolçu məşqə çıxmaqdan imtina etdi

19.04.19 11:27 603
Ulduz futbolçu məşqə çıxmaqdan imtina etdi
"Atletiko”nun hücumçusu Dieqo Kosta yenə də münaqişəyə səbəbkar olub.
Kaspi.az xəbər verir ki, Kosta komandanın növbəti məşqində iştirak etməyib. O, məşqə çıxmaqdan nümayişkaranə surətdə imtina edib.
Kosta bazaya gəlib, amma bir müddətdə n sonra oranı tərk edib. Məlumata görə, o, 8 oyunluq cəzaya məruz qalması ilə bağlı aparılan klubdaxili araşdırmadan narazı olduğu üçün belə addım atıb.
Klubda hesab edirlər ki, həmin insident "Atletiko”nun imicinə zərər verib. Kosta "Barselona” ilə oyunda hakimi təhqir etdiyi üçün 8 oyun cəzaya məruz qalıb.
banner

Oxşar Xəbərlər