• çərşənbə axşamı, 23 aprel, 22:47
  • Baku Bakı 20°C

Ukraynaya rus kişilərin girişi qadağan edilir

17.04.14 18:01 1297
Ukraynaya rus kişilərin girişi qadağan edilir
Ukrayna tərəfi Rusiya vətəndaşı olan 16-60 yaşlı kişiləri ölkə ərazisinə buraxmayacaq. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın "Aeroflot" şirkəti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Ukrayna tərəfi aviaşirkətə Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişinin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib. Konkret olaraq kişi cinsindən olan 16 yaşdan 60 yaşadək Rusiya vətəndaşları Ukrayna ərazisinə buraxılmayacaqlar.
Bundan başqa eyni yaş kateqoriyasına aid Krım və Sevastopol qeydiyyatında olan kişilərin də Ukrayna ərazisinə girişi yasaqlanıb.
Hər iki halda vətəndaşların Ukrayna ərazisinə buraxılışı sərhəd qoşunları rəisinin qərarı ilə mümkün ola bilər.
Ukrayna vətəndaşı olan, Krım və ya Sevastopolda qeydiyyatda olan 20 yaşdan 35 yaşadək olan qadınların Ukrayna ərazisinə buraxılışı isə yalnız axtarış-yoxlama tədbirlərindən sonra mümkün olacaq.
banner

Oxşar Xəbərlər