• cümə, 19 Aprel, 13:56
  • Baku Bakı 25°C

“Ukraynaya qarşı Rusiya ordusunun zabitləri döyüşür”

14.07.14 14:35 1153
“Ukraynaya qarşı Rusiya ordusunun zabitləri döyüşür”
Ukrayna prezidenti Petro Poroşenko Kiyevdə güc strukturlarının rəhbərləri ilə növbəti müşavirə keçirib.
APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, P. Poroşenko müşavirədə bəyan edib ki, ölkənin şərqində Ukrayna ordusuna qarşı Rusiya zabitləri döyüşür və müasir Rusiya silahlarından istifadə olunur. “Son üç gün ərzində Ukrayna Silahlı Qüvvələrinə qarşı Rusiya istehsalı olan ən yeni yaylım atəş sistemindən istifadə olunub”, - deyə o, bildirib.
P. Poroşenko ölkənin şərqində antiterror əməliyyatının aktiv fazasının davam etdiyini söyləyib. O, Ukraynaya qarşı döyüşlərdə Rusiya ordusunun kadr zabitlərinin iştirakının təsdiqləndiyini vurğulayıb.
Dövlət başçısı antiterror əməliyyatının keçirildiyi zonanın daraldılması və sərhədlərin mühafizəsinin gücləndirilməsi üçün taktiki dəyişikliyə getməyin zəruriliyini də qeyd edib.
Xatırladaq ki, son günlər Ukrayna-Rusiya sərhədinin Luqansk vilayəti ərazisindəki nəzarətsiz nöqtələrindən separatçılara dəstək üçün xeyli miqdarda hərbi texnika və canlı qüvvənin Ukrayna ərazisinə daxil olduğu haqda xəbərlər yayılır.
banner

Oxşar Xəbərlər