• çərşənbə axşamı, 23 aprel, 23:43
  • Baku Bakı 20°C

Ukraynaya Niderland və Avstraliya əsgərləri gəlir

31.07.14 13:16 936
Ukraynaya Niderland və Avstraliya əsgərləri gəlir
Ukrayna Ali Radası Donbas regionunda beynəlxalq polis missiyasının təşkilinə dair Avstraliya və Niderlandla imzalanan sazişləri ratifikasiya edib.
APA-nın UNIAN-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə “Suveren Avropa Ukraynası” fraksiyasından olan deputat Sergey Labazyuk deyib.
Onun sözlərinə görə, Malayziyaya məxsus “Boing-777”nin qalıqlarının düşdüyü ərazidə ekspert qrupunun təhlükəsizliyini təmin etmək məqsədi ilə beynəlxalq polis missiyası yaradılacaq.
“Qəbul etdik, 321 nəfər səs verdi. Başqa məsələlər hələlik Radanın gündəmində deyil”, – deyə deputat qeyd edib.
S. Labazyuk əlavə edib ki, ilkin mərhələdə Donbasa 300 avstraliyalı hərbçi gələcək. Növbəti mərhələdə isə hollandiyalı hərbçilər fəaliyyətə başlayacaq.
banner

Oxşar Xəbərlər