• cümə, 29 Mart, 11:59
  • Baku Bakı 5°C

Ukraynaya hərbi yardıma yenidən baxılması barədə göstəriş verilib

29.08.19 14:00 2682
Ukraynaya hərbi yardıma yenidən baxılması barədə göstəriş verilib
ABŞ Prezidenti Donald Tramp Ukraynaya göstərilən hərbi yardıma yenidən baxılması barədə milli təhlükəsizlik üzrə müşavirinə göstəriş verib.
AZƏRTACPolitico.com saytına istinadla xəbər verir ki, Tramp Kiyevə bu yarımın müvəqqəti dondurulması və şərtlərin daha diqqətlə - Birləşmiş Ştatların milli maraqları nöqteyi-nəzərindən qiymətləndirilməsi barədə tapşırıq verib. Bu məqsədlə ABŞ-ın milli təhlükəsizlik üzrə mütəxəssisləri dövlət başçısına hesabat təqdim etməli olacaqlar. Qeyd olunur ki, hazırda Birləşmiş Ştatların Ukraynaya ayırdığı hərbi yardım dondurulub.
banner

Oxşar Xəbərlər