• cümə axşamı, 25 aprel, 11:42
  • Baku Bakı 14°C

Ukraynaya girmək istəyən rus “sülhməramlı”larının qarşısı alındı

09.08.14 08:50 970
Ukraynaya girmək istəyən rus “sülhməramlı”larının qarşısı alındı
APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, bunu həmin gün axşam Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Valeri Çalıy yerli televiziya kanallarından birinin canlı yayımında bildirib.
“Bir neçə saat əvvəl Rusiya Federasiyası tərəfindən çox ciddi provokasiya planlaşdırılmışdı. Ukrayna sərhədi istiqamətində Rusiya hərbçiləri və hərbi texnikasının müşayiəti ilə guya Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə razılaşdırılaraq böyük bir avtomobil karvanı hərəkət edirdi. Humanitar karvan “sülhməramlılar”la birlikdə Ukraynaya daxil olmalı idi”, - deyə V. Çalıy söyləyib. O qeyd edib ki, Ukrayna prezidenti Petro Poroşenko bu hadisə ilə əlaqədar dərhal güc strukturlarının rəhbərləri ilə təcili müşavirə keçirib və dünya liderləri ilə telefon əlaqəsi saxlayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi təşkilatla Rusiya arasında Ukraynaya humanitar yardım aparılması ilə əlaqədar hər hansı razılığın olmadığını açıqlayıb. V. Çalıyın sözlərinə görə, hazırda provokasiyanın qarşısı alınıb: “Biz müvafiq beynəlxalq qaydalara uyğun şəkildə göndəriləcək humanitar yardımları qəbul etməyə hazırıq, lakin bu yardımların hansısa sülhməramlı qüvvələr tərəfindən müşayiət edilməsindən söhbət gedə bilməz”.
banner

Oxşar Xəbərlər