• cümə, 29 Mart, 13:07
  • Baku Bakı 14°C

Ukraynanın müvəqqəti prezidenti Krıma gedir

27.02.14 18:28 1073
Ukraynanın müvəqqəti prezidenti Krıma gedir
Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov Krım Muxtar Respublikasına səfər edəcək.
APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın NATO yanında səfiri İqor Dolqov deyib. O, problemin sülh yolu həlli üçün imkanlar olduğunu bildirib: “Vəziyyətin dinc yolla həlli ilə bağlı bizə ümid verən addımlar var. Hazırda əsas məsələ silahlı toqquşmalardan qaçmaqdır”.
Xatırladaq ki, fevralın 27-nə keçən gecə 100-ə yaxın naməlum silahlı şəxs Simferopolda Krım parlamentinin və Nazirlər Kabinetinin binalarını zəbt edib.
banner

Oxşar Xəbərlər