• cümə, 26 Aprel, 21:33
  • Baku Bakı 22°C

Ukraynanın müdafiə naziri və Baş Qərargah rəisi dəyişdirildi

03.07.14 13:07 919
Ukraynanın müdafiə naziri və Baş Qərargah rəisi dəyişdirildi
Ukrayna prezidenti Petro Poroşenko Müdafiə Nazirliyinin rəhbərliyində kadr dəyişiklikləri həyata keçirib. APA-nın Ukrayna saytlarına istinadən yaydığı xəbərə görə, P. Poroşenko müdafiə naziri Mixail Kovalın vəzifəsindən azad olunması barədə Ali Radaya təqdimat verib. Parlament bu təqdimatı qəbul edib. Prezidentin təqdimatı ilə Dövlət Mühafizə İdarəsinin rəisi, general-polkovnik Valeri Qeletey müdafiə naziri vəzifəsinə təsdiqlənib. P. Poroşenko müdafiə naziri vəzifəsindən çıxardığı M. Kovalı Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini təyin edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi də dəyişib. P. Poroşenko parlamentdəki çıxışında Baş Qərargah rəisi Mixail Kutsinin bu vəzifəsindən çıxarıldığını açıqlayıb: “Mən Baş Qərargah rəisi Mixail Kutsinə təşəkkür etmək istəyirəm. O, dünən antiterror əməliyyatının aparıldığı zonada kontuziya alıb və beyin silkələnməsi keçirib, hazırda hospitalda müalicə olunur. Müdafiə naziri Mixail Kovala da təşəkkür edirəm. Xidmətə görə çox sağ olun, generallar!”
P. Poroşenko Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə general-leytenant Nikolay Mujenkonu təyin edib. N. Mujenko Baş Qərargah rəisinin müavini vəzifəsini tutub. O, şərqdəki hərbi əməliyyatlarda əsgərlərlə birlikdə bilavasitə iştirak edərək məşhurlaşıb.
banner

Oxşar Xəbərlər