Ukraynalıya nasist dedilər, komandası meydana çıxmadı
İspaniya
Sequndasında qalmaqal yaşanıb.
Kaspi.az xəbər
verir ki, "Albaseta”nın ukraynalı futbolçu Roman Zazuli "Rayo Valyekano” ilə
qarşılaşmada azarkeşlərin təhqiri ilə üzləşib. Fanatlar qarşılaşmanın ilk hissəsində
ukraynalı futbolçunun ünvanına təhqiramiz ifadələr işlədib, onun nasist
adlandırıblar.
Komanda
yoldaşları futbolçunu müdafiə ediblər və ikinci hissədə meydana çıxmayıblar. Məsələ
ilə bağlı "Albaseta”nın bəyanatında deyilir: "Biz qarşılaşmaya çıxmaqdan imtina
etdik. Bunu idmanın dəyərini qorumaq üçün etdik”.
Zozuli Donbasda
hərbi əməliyyatlar aparan Ukrayna ordusunu müdafiə etdiyi üçün belə münasibətlə
üzləşib.