• cümə axşamı, 18 aprel, 17:08
  • Baku Bakı 22°C

Ukraynalı sənətkarlar Bakıda çıxış edəcək

17.09.17 13:15 4405
Ukraynalı sənətkarlar Bakıda çıxış edəcək
Sentyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın "Jizel” baleti təqdim ediləcək. Bu bir daha göstərir ki, klassik opera və balet tamaşalarına adlı-sanlı vokal və balet ulduzlarını dəvət etməklə tamaşaçıları sevindirməyə çalışan sənət ocağı bu mövsümdə də öz faydalı ənənəsinə sadiqdir.
Teatrın mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, bu dəfə Bakı teatrının qonaqları ukraynalı sənətçilər - Tatyana Qolyakova və Sergey Dosenkodur. Y.Qolyakova tamaşada Jizel partiyasını ifa edəcək. Tatyana Ukrayna Milli Operasının prima-balerinası, Ukraynanın Xalq Artistidir, bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır.
Onun tərəf müqabili, qraf Albert partiyasını isə Odessa Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, beynəlxalq müsabiqələr laureatı Sergey Dosenko ifa edəcək.
Tamaşada həmçinin balet truppasının solistləri - Elmira Süleymanova, Əməkdar artistlər Alsu Qimadiyeva və Makar Ferştandt çıxış edəcək.
banner

Oxşar Xəbərlər